Avropa Birliyinin ali komissarı Ketrin Eşton Ukrayna hakimiyyətini müxalifətə qarşı güc tətbiqindən çəkinməyə çağırıb.
Lent.az-ın Ukrayna informasiya vasitələrinə istinadən məlumatına görə, dekabrın 10-da gecə o, bu haqda bəyanat yayıb.
«Kiyevə səfərim ərəfəsində Ukraynada baş verənlər, milisin zorla ölkənin ən böyük müxalifət partiyası olan «Batkivşina»ya basqın etdiyi haqqında xəbərləri narahatlıqla izləyirəm. Bunlar prezidenti dəyər masa təklifi etdiyi gün baş verir. Bu hadisələr prosesin dayandıra bilər. Ukrayna hakimiyyətini gələcəkdə istənilən halda güc tətbiqindən çəkinməyə çağırıram» -deyə, o, vurğulayıb.
Xatırladaq ki, dekabrın 10-da, bu gün, Ketrin Eştonun prezidenti ilə görüş üçün Ukraynaya səfər edəcəyi gözlənilir.