
"Whatsapp"ın kompüter versiyası hazırlanır
Hazırda personal kompüterdə "Whatsapp"dan istifadə etmək üçün bu messencerin veb versiyası ilə mobil versiyası arasında sinxronlaşdırmanı reallaşdırmaq lazımdır. Lakin bu halda smartfon sönülü olarsa, messencerin veb versiyası vasitəsilə mesaj göndərmək mümkün olmayacaq. Görünür, bu vəziyyət yaxın zamanda dəyişəcək.
Lent.az "technote"a istinadla xəbər verir ki, məşhur messencerin tərtibatçıları "Whatsapp"dakı istifadəçi hesabının həm smartfonda, həm də kompüterdə ayrı-ayrılıqda istifadəsi özəlliyini test edir.
Bu fuksiya messencerin "Windows" üçün olacaq versiyasında dəstəklənəcək. Başqa sözlə desək, tərtibatçılar "Whatsapp"ın kompüter versiyasını hazırlayırlar. Bəzi məlumatlara əsasən, messencerin bu versiyası ilin sonuna kimi təqdim olunacaq. Lakin messencerin "iPad" versiyası gecikir.
Oxşar yazılar

İran prezidenti Pezeşkian ötən ay İsrailin hava zərbəsi nəticəsində yaralanıb
13 iyul 2025 , 11:45
Ankarada yanğın: 1-i uşaq olmaqla 3 nəfər öldü, 20 nəfər zəhərləndi -FOTOLENT
13 iyul 2025 , 09:46
Kişinin mədəsindən 27 alışqan çıxardılar
13 iyul 2025 , 02:11
İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31