Peruda hindu tayfası dövlət məmurlarını girov götürüb
08 mart 2016 02:52 (UTC +04:00)

Peruda hindu tayfası dövlət məmurlarını girov götürüb

0

Perunun Amazonka bölgəsində yaşayan hindu tayfası ən azı 8 dövlət məmurunu girov götürərək torpaqlarının neftlə çirkləndirilməsinə görə hökumətdən kompensasiya tələb edir.

 

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə "Petroperu" dövlət enerji şirkətinin prezidenti German Velaskez məlumat verib.

 

Məmurlar əraziyə enmiş vertolyotda olublar.

 

Cari ilin fevral ayında "Petroperu"ya məxsus boru kəmərinin partlaması nəticəsində hinduların yaşadığı torpaqlara təqribən min barel neft axıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 420

Oxşar yazılar