Liviyanın şərqindəki Əl-Beyda şəhərində təcili yardım təyyarəsinin qəzaya düşməsi nəticəsində 3 nəfər ölüb, 4 nəfər ağır yaralanıb.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, göyərtəsində 7 nəfərin olduğu təyyarə Əl-Beyda şəhərindəki hava limanına eniş edirkən qəzaya uğrayıb.
İlkin ehtimala görə, qəzaya səbəb təyyarənin mühərriklərində yaranan nasazlıq olub. Hadisə ilə əlaqədar rəsmi qurumlar tərəfindən şərh hələlik verilməyib.