Ermənistan İranla qazın qiymətində razılığa gələ bilmir
20 dekabr 2013 21:06 (UTC +04:00)

Ermənistan İranla qazın qiymətində razılığa gələ bilmir

İran və Ermənistan 2014-cü ilin əvvəllərində təbii qaz alğı-satqısı ilə bağlı müzakirələrə başlayacaq.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Ermənistanın energetika naziri Armen Movsesyan ölkə parlamentində hesabatı zamanı bildirib.

 

Onun sözlərinə görə, gələn ilin əvvəllərində İran-Ermənistan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək: “Toplantıda İrandan Ermənistana “mavi yanacaq” ixracı əsas müzakirə mövzusu olacaq. Bu mövzuda İranın Ermənistandakı səfiri ilə razılaşma əldə olunub”.

 

A. Movsesyan deyib ki, İran Ermənistana təbii qazın hər min kubmetrinin satış qiymətini 400 ABŞ dollarından təklif edib: “Ancaq biz hələlik bu qiyməti qəbul etməmişik”.

 

Nazir vurğulayıb ki, 2010-cu ildən bəri İranla beş dəfə görüşüblər: “Lakin qiymət məsələsində fikir ayrılığı yaranması səbəbindən indiyədək hər hansı razılaşma əldə olunmayıb”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 789
avatar

Oxşar yazılar