Rusiya və Türkiyə xarici işlər arasında Soçu şəhərində keçirilən ikitərəfli görüş başa çatıb.
APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, görüş 40 dəqiqə çəkib.
Görüşdə iqtisadi, energetika, ticarət sahəsində əməkdaşlıq, həmçinin yüksək səviyyədə kontaktlar müzakirə olunub.
Görüş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Soçidə keçirilən iclası çərçivəsində baş tutub.
**
Soçidə Rusiya və Türkiyə xarici işlər nazirlərinin görüşü başlayıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, görüş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının XİN rəhbərləri Şurasının iclası çərçivəsində keçirilir.
Sergey Lavrovla Mövlud Çavuşoğlunun görüşünə 40 dəqiqə vaxt ayrılıb. Görüşdə Suriya məsələsinin müzakirə ediləcəyi bildirilir.