Suriyada Rusiyaya məxsus “Ka-52” hərbi helikopteri qəzaya uğrayıb.
APA-nın xəbərinə görə, bu barədə TASS agentliyi Rusiya Müdafiə nazirliyinə istinadən məlumat verib.
Məlumata əsasən, qəza nəticəsində helikopterin göyərtəsində olan 2 pilot ölüb. İlkin ehtimala görə, qəzaya texniki nasazlıq səbəb olub.