[b]Paşinyandan məmurlara çağırış [/b]
01 may 2018 22:40 (UTC +04:00)

[b]Paşinyandan məmurlara çağırış [/b]

Ermənistandakı etiraz aksiyalarının lideri, baş nazir postuna namizədliyi parlament tərəfindən təsdiqlənməyən Nikol Paşinyan dövlət qulluqçularını ümumi tətilə, tərəfdarlarını isə kütləvi vətəndaş itaətsizliyinə çağırıb.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, N.Paşinyan əsas yolları bağlamağa çağırıb: “Sabah 08.15-dən etibarən kütləvi vətəndaş itaətsizliyinə, ümummilli tətilə başlayırıq, küçələri, magistralları, aeroporta aparan bütün yolları bağlayırıq”.   

 

Ermənistandakı etiraz aksiyalarının lideri qeyd edib ki, etirazçıların tələbi dəyişməz olaraq qalmaqdadır – “xalqın namizədi”nin baş nazir postuna seçilməsi.  

 

Qeyd edək ki, Ermənistan parlamenti bu gün keçirdiyi xüsusi iclasda Nikol Paşinyanı baş nazir seçməyib. N. Paşinyanın lehinə 45, əleyhinə 56 deputat səs verib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 375
avatar

Oxşar yazılar