Ermənistan müxalifətinin lideri Nikol Paşinyan ölkəsinin Rusiya ilə münasibətlərinin əhəmiyyətli olduğunu bildirib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Nikol Paşinyan Yerevanda keçirdiyi brifinqdə Rusiyanı qardaş ölkə hesab etdiyini vurğulayıb: “Rusiya ilə münasibətlər çox mühümdür, Ermənistan və Rusiya – dost, qardaş ölkələrdir. Lakin bu o demək deyil ki, onlarda problem yoxdur”.
Onun sözlərinə görə, müxalifət hakimiyyətə gələcəyi təqdirdə bu problemləri həll etmək niyyətindədir.
Nikol Paşinyan əlavə edib ki, Ermənistan-Rusiya münasibətləri erməni xalqının maraqları üzərində qurulmalıdır.
Bundan əvvəl N.Paşinyan baş nazir postunu tutmağa hazır olduğunu bildirib.