[b]Moskva Minsk Qrupunun formatının dəyişilməsinin əleyhinədir  [/b]
06 aprel 2016 02:58 (UTC +04:00)

[b]Moskva Minsk Qrupunun formatının dəyişilməsinin əleyhinədir [/b]

Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərinin “üçlük” formatının dəyişilməsinin əleyhinədir və onların rolunu pozmaq cəhdlərinin səmərəsiz  olduğunu hesab edir. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

 

“ATƏT və BMT TŞ-nin qərarlarında təsdiqini tapmış Üçlük formatı  ən təsirlisidir və korrektəyə ehtiyacı yoxdur.  Hesab edirəm ki, mürəkkəb nizamlanma proseslərini daha da çətinləşdirəcək  bu  cəhdlər tamamilə səmərəsizdir”, - deyə diplomat bildirib.

 

“Əminik ki, kompromisli qərarın irəliləməsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin köməyinə gərək var. Vasitəçi səylərin səmərəliliyi isə, hər şeydən əvvəl, münaqişə tərəflərinin özlərindən, masa arxasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına nail olmaq üçün onlarda siyasi iradənin olmasından asılıdır”, - deyə Lukaşeviç bildirib.

 

O, əlavə edib ki, gücdən istifadə sülh dialoquna istənilən halda alternativ ola bilməz. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 214
avatar

Oxşar yazılar