Meksikanın Çilpansinqo şəhəri yaxınlığında yük avtomobilinin banında 9 nəfərin meyiti aşkarlanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Qerrero ştatının baş prokurorluğunun yaydığı məlumatda bildirilir.
Məlumata görə, qətlə yetirilən şəxslərin arasında avtomobilin sahibi də var. Həmin şəxslərin mənşəyi bəlli olmayan və qadağan olunmuş malların alveri ilə məşğul olduğu bildirilir.
Öldürülənlər bir müddət əvvəl Tikstla şəhərində naməlum şəxslər tərəfindən oğurlanaraq naməlum istiqamətdə aparılıblar.
Prokurorluq faktla bağlı araşdırmaları davam etdirir.