Rusiya tərəfi hazırda Türkiyə ilə münasibətlərin normallaşması üçün zəmin görmür. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in rəsmi məlumatında bildirilir.
Rusiya XİN-i həmçinin qeyd edir ki, Ankara iki ölkə arasında münasibətlərin bərpası üçün hansı addımların atılmasının lazım olduğunu anlayır, lakin bu istiqamətdə indiyədək heç bir addım atmayıb.