İranın şərq bölgəsində 5,0 bal gücündə zəlzələ baş verib.
APA-nın xəbərinə görə, bu barədə Avropa Seysmoloji Mərkəzin məlumatında bildirilir.
Yeraltı təkanların episentri Kirman şəhərindən 31 km şimalda, ocağı isə 40 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.