[b]İran neft hasilatını sanksiya qədərki səviyyəyə çatdırdı[/b]
12 may 2016 20:34 (UTC +04:00)

[b]İran neft hasilatını sanksiya qədərki səviyyəyə çatdırdı[/b]

0

Bakı-APA.  İranda neft hasilatının həcmi sanksiya qədərki səviyyəyə çatıb. APA-nın   “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Energetika Agentliyinin məlumatında bildirilir. Məlumata görə, apreldə İranda neft hasilatının həcmi sutkada 3,56 mln barelə çatıb. Bunun  2011-ci ilin noyabrından bəri ən yüksək göstərici olduğu bildirilir. Eyni zamanda, neft ixracının həcmi sutkada 2 mln barelə çatıb.  

 

İran neftinin ən iri idxalçısı Çin olub. Bu ölkə İrandan gündəlik 800 min barel neft idxal edib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 350

Oxşar yazılar