Hindistanda baş vermiş dəhşətli yanğında ölənlərin sayı 100-ü keçib. Lent.az Hindistan mediasına istinadən xəbər verir ki, Karela ştatındakı məbəddə baş verən hadisədə yaralananların sayı da 350-ni keçib. Bildirilir ki, yanğına keçən partlayış hindlilərin "yeni il" şənliyi üçün topladığı, lakin istifadəsi qadağan olunmuş pirotexniki vasitələrin alışması nəticəsində baş verib.
Karela ştatına qonşuluqda yerləşən əyalətlər olay yerinə yardım göndərib.
****
07:21
Hindistanın Kerala ştatında məbəddə baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 250-dək zəvvar xəsarət alıb.
****
06.21
Hindistanın Kerala ştatında yerləşən məbəddə baş vermiş güclü yanğın nəticəsində 77 zəvvar ölüb, azı 200 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “India Today” nəşri məlumat yayıb.
Məlumata görə, yanğın Kollam şəhərində yerləşən məbəddə yerli vaxtla 03.30-da (Bakı vaxtı ilə 02.30-da) baş verib.
İlkin məlumata görə, yanğına səbəb dini ayinlərin keçirilməsi zamanı fişənglərin partladılması olub.
Yerli mətbuat hadisə nəticəsində məbədin tamamilə uçduğunu qeyd edir.