<b>Helsinkidə Tramp və Putin arasında görüş başlayıb</b> - <span style="color:red;">YENİLƏNİB
16 iyul 2018 15:35 (UTC +04:00)

Helsinkidə Tramp və Putin arasında görüş başlayıb - YENİLƏNİB

 

 

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp görüşdən əvvəl mediaya qısa açıqlama ilə çıxış ediblər.

 

APA-nın Moskva müxbirinin xəbərinə görə, V. Putin amerikalı həmkarı ilə görüşməkdən məmnun olduğunu söyləyib. O, D. Trampla daimi təmaslarının davam etdiyini, telefonla danışdıqlarını və müxtəlif tədbirlər çərçivəsində bir neçə dəfə görüşdüklərini bildirib: “Əlbəttə ki, ikitərəfli münasibətlərimiz və dünyanın müxtəlif ağrılı məsələləri haqqında ətraflı danışmağın vaxtı çatıb, onların sayı kifayət qədər çoxdur”. 
 

D. Tramp isə qeyd edib ki, ABŞ- Rusiya münasibətlərini yaxşılaşdırmaq şansı var: “Bütün dünya ABŞ və Rusiya arasında yaxşı münasibətlərin olmasında maraqlıdır".
 

D. Tramp rusiyalı həmkarı ilə ticarət, hərbi məsələlər, nüvə problemi və Çinlə münasibətlər barədə müzakirə aparacaqlarını söyləyib.

 

***

 

 

15:15

 

 

Finlandiyanın paytaxtı Helsinkidə ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüş başlayıb.

 

APA-nın xəbərinə görə, əvvəlcə dövlət başçıları tərcüməçilərin iştirakı ilə tet-a-tet söhbət edəcəklər. Sonra nümayəndə heyətlərinin iştiraklı ilə danışıqlar aparılacaq.

 

Əsas müzakirə mövzuları ikitərəfli əlaqələr, Suriya və Ukraynada vəziyyət, eləcə də strateji hücum silahlarının ixtisarı olacaq. D. Tramp Rusiyanın ABŞ-dakı 2016-cı il prezident seçkilərinə müdaxiləsi məsələsini də qaldıracağını bildirib.

 

 

Hər hansı rəsmi sənədin imzalanması gözlənilmir.

 

Görüşün yekunlarına dair mətbuat konfransı keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 413
avatar

APA Baycan

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35