<b>Ərdoğan yeni nazirlər kabinetinin tərkibini açıqladı</b>
10 iyul 2018 00:21 (UTC +04:00)

Ərdoğan yeni nazirlər kabinetinin tərkibini açıqladı

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan konstitusiyaya edilən dəyişikliklərdən sonra yeni nazirlər kabinetinin tərkibini açıqlayıb

 

APA-nın məlumatına görə, ölkə tarixində ilk vitse-prezident vəzifəsinə Fuad Oktay təyin edilib.

 

Yeni hökumətin tərkibində xarici işlər naziri: Mevlüt Çavuşoğlu və ədliyyə naziri Abdulhəmit Gül postlarını qoruyublar. Milli Müdafiə naziri postunu əvvəllər  Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının  komandanı olan Hulusi Akar tutub. Enerji və təbii sərvətlər nazirinin sabiq birinci müavini Fatih Dönmez nazir vəzifəsinə yüksəlib. Bundan əvvəl Enerji və təbii sərvətlər nazirliyinə rəhbərlik edən Berat Albayrak isə Xəzinədarlıq və maliyyə naziri olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 291
avatar

Oxşar yazılar