<b>Ekvadorda zəlzələdə ölənlərin sayı 77-yə çatdı</b> - YENİLƏNİB
17 aprel 2016 11:12 (UTC +04:00)

Ekvadorda zəlzələdə ölənlərin sayı 77-yə çatdı - YENİLƏNİB

Ekvadorda baş verən güclü zəlzələ qurbanlarının sayı 77 nəfərə çatıb, 588 nəfər xəsarət alıb.

 

APA-nın  TASS agentliyinə istinadən verdiyi məlumatı görə, bunu Ekvadorun vitse-prezidenti Xorxe Qlas bildirib.

 

“El Comercio” qəzeti isə zəlzələnəticəsində Quayakil şəhərində körpünün dağıldığı barədə məlumat yayıb. Körpünun dağıntısı altında bir avtomobil qalıb, ən azı 1 nəfər həyatını itirib. Şahidlər zəlzələnin bir neçə ticarət mərkəzində də dağıntılara yol açdığını bildiriblər. Ölkənin sahil rayonlarında təbii fəlakət çoxlu sayda binanın dağılmasına səbəb olub. Bir çox rayonlara elektrik enerjisi və suyun verilməsi dayandırılıb. Artıq bərpa işlərinə də başlanıb. Zəlzələdən sonra qismən elektrik enerjisinin verilməsinin dayandırıldığı paytaxt Kitoya elektrik enerjisinin verilməsi tam bərpa olunub.

 

Vitse-prezident X. Qlas ölkədə fövqəladə vəziyyət rejiminin elan olunduğunu bəyan edib, bu zəlzələnin  1979-cu ildən sonra ölkədə baş verən Ən güclüzəlzələ olduğunu söyləyib. Ekvador hökuməti xilasetmə işlərinə 10 min hərbçi və 3,5 min polis cəlb edib. Vtse-prezident sahil rayonlarından  evakuasiya edilən sakinlərin artıq öz evlərinə qayıda biləcəyini, sunami təhlükəsinin olmadığını  də açıqlayıb.

 

Qeyd edək ki, bu gecə  7,8 bal gücündə olan yeraltı təkanlar yerli vaxtla 23.58-də (Bakı vaxtı ilə 03.58-də) Muisne yaşayış məntəqəsindən 28 km cənub-şərqdə qeydə alınıb.   

 

*****

 

07:03

 

 

Ekvadorda güclü zəlzələ nəticəsində 28 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin vitse-prezidenti Xorxe Qlas bildirib.    

 

Onun sözlərinə görə, 16 nəfər Portovyexo şəhərində ölüb, 10 nəfər – Manta şəhərində, daha iki nəfər isə Quayas əyalətində ölüb.   

 

Qeyd edək ki, 7,8 bal gücündə olan yeraltı təkanlar yerli vaxtla 23.58-də (Bakı vaxtı ilə 03.58-də) Muisne yaşayış məntəqəsindən 28 km cənub-şərqdə qeydə alınıb.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 221
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35