[b]Diyarbəkirdə partlayış: 3 ölü, 42 yaralı[/b]
10 may 2016 20:54 (UTC +04:00)

[b]Diyarbəkirdə partlayış: 3 ölü, 42 yaralı[/b]

0

Türkiyənin Diyarbəkir şəhərində törədilən partlayış nəticəsində 3 nəfər ölüb, 42 nəfər yaralanıb. APA-nın məlumatına görə, bu barədə Diyarbəkir valisi administrasiyasının məlumatında bildirilir.

 

“Diyarbəkirin Bağlar rayonunda saxlanılan PKK terrorçularını həkim müayinəsinə aparan   mikroavtobusun yaxınlığında minalanmış avtomobil partladılıb. Partlayış nəticəsində 12-si polis və 33-ü mülki şəxs olmaqla 45 nəfər yaralanıb, onlardan üçü sonradan xəstəxanada keçinib”, - deyə məlumatda bildirilir.   

 

Hələlik heç bir qruplaşma  partlayışa görə məsuliyyəti  öz üzərinə götürməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 421

Oxşar yazılar