<b>Bu gün Yerevanda irimiqyaslı mitinq keçiriləcək</b>
29 aprel 2018 06:38 (UTC +04:00)

Bu gün Yerevanda irimiqyaslı mitinq keçiriləcək

0

 

 

Ermənistanda etiraz hərəkatının lideri Nikol Paşinyan aprelin 29-dan Yerevanda etiraz aksiyalarına yenidən start veriləcəyini bəyan edib.  

 

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Nikol Paşinyan mitinqin daha irimiqyaslı olacağına əminliyini bildirib.   

 

Qeyd edək ki,  Paşinyan paytaxt Yerevanda etiraz aksiyalarına ikigünlük (27-28 aprel)  fasilə verərək, Gümrü və Vanadzor da daxil olmaqla ölkənin bir neçə bölgəsinə səfər edib.

 

Xatırladaq ki, sabiq prezident S. Sərkisyanın baş nazir seçilməsinə etiraz əlaməti olaraq aprelin 13-dən başlayaraq müxalifət lideri Nikol Paşinyanın rəhbərliyi ilə İrəvan və digər şəhərlərdə kütləvi etiraz aksiyaları başlayıb. Aprelin 13-də S. Sərkisyan baş nazir postundan istefa verib. Bununla belə, N. Paşinyan Respublika Partiyasının bütövlükdə hakimiyyətdən kənarlaşmasını və yeni baş nazirin seçilməsini tələb edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 655

Oxşar yazılar