Braziliyanın San-Paulu şəhərində hündürmərtəbəli yaşayış binasında yanğın nəticəsində itkin düşənlərin sayı 45 nəfərə çatıb. APA-nın xəbərinə görə, bu barədə “Globo” kanalı məlumat yayıb.
Qeyd edək ki, güclü yanğın binada aprelin 30-dan mayın 1-nə keçən gecə baş verib. Alovlanan bina bir müddət sonra uçub. Bundan əvvəl 1 nəfərin öldüyü, 3 nəfərin itkin düşdüyü bildirilmişdi.
Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.