ABŞ Hərbi-Hava Qüvvələri “В61-12” “qravitasiyalı” nüvə bombasını uğurla sınaqdan keçirib. APA-nın xəbərinə görə, bu barədə “Military.com” nüvə silahlarının inteqrasiyası üzrə qərargah rəisinin müavini general-leytenant Cek Vaynşteyn bildirib.
“Biz artıq 26 mühəndis, konstruktor və idarə olunan uçuş sınağı həyata keçirmişik… Proqram uğurla reallaşdırılmaqdadır”, - deyə Cek Vaynşteyn qeyd edib.
Yeni bombanın hədəfə dəymə dəqiqliyi əvvəlkilərlə müqayisədə daha yüksək olacaq.