Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton dekabrın 11-də Kiyevdə mətbuat konfransı keçirib.
Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, həmin toplantıda o, deyib ki, Ukrayna prezidenti Viktor Yanukoviç mümkün qədər tez Avropa Birliyi ilə Assosiasiya haqqında Razılaşmanı imzalamalıdır:«Prezident Razılaşmanı imzalayacağı ilə bağlı məni əmin etdi. O, Ukrayna ilə Avropa Birliyi arasında daha dərin münasibətlərin qurulmasını istədiyini söylədi».
Ali komissarı bildirib ki, qurum Ukrayna hakimiyyətindən konkret fəaliyyət gözləyir.
Eştonun sözlərinə görə, ilkin olaraq, Yanukoviç Maydanda həbs olunanları buraxmalıdır.
AB təmsilçisi Kiyevdə etiraz aksiyası iştirakçılarına güc tətbiqini və mitinqlərin dağıdılmasını qınayıb.
K.Eşton toplantıda Ukraynadakı mövcud siyasi böhranın həllinə yardım etmək məqsədi ilə Avropa Şurası Parlament Assambleyasının mütəxəssislərdən ibarət qrup yaradılmasını da alqışlayıb.