İngiltərədə çıxan «Qardian» qəzeti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudeni «İlin adamı» elan edib.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda qəzet öz saytında xəbər yayıb. Mənbə bildirib ki, Snoduen 1445 səs alaraq, onlar tanınmışı geridə qoyub.
«Greenpease»-nin fəalları Marko Veber və Sini Saarelaya 314, Roma papasına 153, bloger Cek Monroya isə 144 səs verilib.
Xatırladaq ki, keçmiş kəşfiyyatçı vətəndaşı olduğu dövlətin sirlərini bu qəzet vasitəsi ilə yaymışdı. «Qardian»dan bildirilib ki, Snoudenin redaksiyaya ötürdüyü məlumatların bir faizini çap edib.