«Put Kadırova» bağlanıb
21 dekabr 2012 05:53 (UTC +04:00)

«Put Kadırova» bağlanıb

0

Çeçenistanda çıxan «Put Kadırova» («Kadırovun Yolu») adlı qəzet bağlanıb.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, mətbuat konfransında qəzetin əməkdaşının Rusiya prezidenti Vladimir Putinə Çeçenistan Respublikasının qonşularındakı sabitliyin yaradılmasına dair tədbirlər və «Qafqaz» teleşirkəti ilə bağlı  sual verəndən sonra bu baş verib.

 

Çeçenistan hökumətinin saytında bildirilib ki, bu haqda qərarı qəzetin təsisçisi İtum-Kalin rayonun adminstrasiyası verib.

 

Jurnalist Bilxis Dudayeva qəzetin adını çəkəndə başqa jurnalistlər buna gurultulu səslə reaksiya göstəriblər. Prezident bunu hiss edərək, bunu « zalda yersiz canlanma» adlandırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1151

Oxşar yazılar