Misirin Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik Əhməd Əli sosial şəbəkələrdə Ərəb Dövlətləri Liqasının mənzil-qərargahı yanında mühafizə xidməti çəkən hərbi hissənin zirehli maşının ekipajının fərarilik edərək, Ramzes meydanındakı etirazçılara qatılması haqda xəbəri qəti şəkildə təkzib edib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Əhməd Əli yaraqlıların hakimiyyətə qarşı mübarizəyə başladığını bildirib. Onun sözlərinə əsasən, orduda parçalanma ilə bağlı dəfələrlə şayiələr yayılıb: «Ancaq bu, belə xəbərləri yayanların xəstə təxəyyülünün məhsuludur».
Mətbuat katibi bildirib ki, liqanın qərargahı yaxınlığındakı zirehli texnikaya başqa yerə getmək əmri verilib.