«Halal» qidadan donuz əti çıxıb
16 mart 2013 06:48 (UTC +04:00)

«Halal» qidadan donuz əti çıxıb

Norveçdə müsəlmanlar üçün istehsal olunan «halal», yaxud «sadəcə sığır ətindən istifadə olunub» etiketi ilə hazılanan qidaların tərkibində donuz əti olduğu aşkarlanıb.

 

Lent.az-ın Türkiyənin NTV-sinə istinadən məlumatına görə, Ərzaq təhlükəsizliyi qurumunun təmsilçisi Ragnhild Arnesen bildirib ki, tərkibində at əti olub-olmadığını araşdırmaq üçün aparılan laborator müayinəsi zamanı sözügedən etiketli məhsulların 30 faizinin donuz ətindən ibarət olduğu müəyyənləşdirilib.

 

Bu məhsulları «Kuraas AS» adlı şirkət istehsal edib. Şirkət ölkədəki müsəlmanlardan baş verənlərlə bağlı üzr istəyərək, olayın araşdırılması üçün ərzaq təhlükəsizliyi qurumu ilə əməkdaşlıq etdiklərini bildirib.

 

Mənbənin xatırlamasına əsasən, bir müddət öncə İngiltərədə toyuq sosislərinə donuz ətinin qarışdırıldığı aşkarlanmışdı. Məktəblərə bu məhsulu verən şirkət baş vermiş olaya görə əhalidən üzr istəmişdi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1618
avatar

Oxşar yazılar