«Google» Fransa KİV-ə sərmayə qoyur
02 fevral 2013 05:19 (UTC +04:00)

«Google» Fransa KİV-ə sərmayə qoyur

ABŞ-ın internet nəhəngi, «Google» ilə Fransa Kütləvi İnformasiya Vasitələri arasında müqavilə imzalanıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ölkə prezidenti Fransua Olandın iştirak etdiyi bu tədbirdə «şifrəli gerçəkliyə uyğunlaşa bilmədiyi» üçün şirkət fransız KİV-ə 82 milyon dollar sərmayə yatıracaq.

 

Bunun qarşılığında «Google» yerli media resursların malik olduğu haqlara -informasiya axtaramağa və yerləşdirməyə sahib olacaq.

 

Bir müddət öncə Fransanın informasiya vasitələri şirkətdən onların məqalələrini dərc etdiyi üçün pul istəmişdi. Ancaq bu qurum «mövcudluğuna təhlükə yaranacağını»  əsas götürərək, onların tələbinə əməl etməkdən imtina edib.

 

Fransız hökuməti isə razılığa gələ bilməyəcəkləri halda bu yöndə yeni hüquq baza hazırlayacağı ilə «Google»-ni hədələmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 427
avatar

Oxşar yazılar