«Əl-Cəzirə» Misirdən əməkdaşlarının azadlığını istəyir
31 dekabr 2013 04:29 (UTC +04:00)

«Əl-Cəzirə» Misirdən əməkdaşlarının azadlığını istəyir

«Əl-Cəzirə» telekanalının rəhbərliyi Misir hakimiyyətindən həbs etdiyi 4 əməkdaşının dərhal azad edilməsini istəyib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, onlar «Müsəlman qardaşları» hərəkatının üzvləri ilə «qanunsuz görüş keçirməkdə» ittiham olunur.

 

Həbs olunan jurnalistlər arasında «əl-Cəzirə» bürosunun başçısı, kanadalı Məhəmməd Fəhmi, «BBC»-nin keçmiş müxbiri, avtsraliyalı Piter Qreste də var. Onlarla birlikdə operator və prodüser də saxlanılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582
avatar

Oxşar yazılar