«Avtomat «Kalaşnikvo»la silahlanmış, qara maskada, zireli gödəkçələr geyinmiş Ukraynanın «Berkut» xüsusi təyinatlı dəstəsinin əsgərləri hasardan aşaraq, müxalif «Batkivşina»nın ərazisinə daxil olub».
Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, partiyadan belə xəbər yayılıb. Mənbə bildirib ki, «İNTV» telekanalının jurnalistləri də mühasirəyə alınıb. «Berkut»çular partiyanın server otağının qapısını sındırıb.
Xəbərə əsasən, qərargahdan avadanlıqları daşıyırlar. Ofisə giriş-çıxış yolları yol polisləri tərəfindən bağlanıb.