Ukrayna müxalifəti partiyalarından biri, «Batkivşina»-nın lideri Arsen Yatsenyuk təmsil etdiyi partiya qərargahının «Berkut» tərəfindən ələ keçirilməsini ironiya ilə qarşılayıb.
Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, o, Mili Müqavimət Qərargahında keçirdiyi brifinqdə deyib: «Bu, Ukrayna prezidenti Viktor Yanukoviçin «Dəyirmi masaya» dəvətinin əlavəsidir. Yanukoviç bu tədbirə bizi «Berkut» və daxili işlər qoşunu vasitəsi ilə dəvət edir. Xüsusi təyinatlılar partiyanın bütün serverini dağıdıb».