ABŞ Kiyevdə baş verən olaylardan sarsılıb. Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu haqda Ağ Evin təmsilçisi Coş Ernest jurnalistlərə açıqlamasında bildirib:«Ötən gecə Kiyevdə baş verənlərdən ABŞ sarsılıb. Ukrayna hakimiyyətinin iki həfətə ərzində dinc nümayişçilərə münasiəti qəbuledilməzdir, Başa düşmək olmur,hakimiyyət müxalifətlə danışığa getməkdənsə, onlara, öz xalqına qarşı güc tətbiq edir».
O, Vaşinqtonun məsələ ilə bağlı mövqeyini açıqlayaraq, deyib:«Hakimiyyət dinc nümayiş və toplanma azadlığına əməl etməlidir.
Son günlər müxalifət partiyalar və KİV-in mənzil – qərargahında Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşlarının reydlər keçirməsində də rahatsızıq. Ukrayna xalqının narazılığının represiya ilə qarşılanması mövcud məsələnin həlli yolu deyil».
Ernest bu günlərdə ABŞ prezidentinin müavini Cozef Baydenlə Ukrayna prezidenti Viktor Yanukoviçin telefon danışığını da xatırladıb. Onda amerikalı siyasətçi Yanukoviçi güc tətbiq etməməyə çağırmışdı.