“Türk Hava Yolları” (THY) şirkəti Türkiyədən müsəlman ölkələrinə uçan təyyarələrində alkoqolu içkiləri menyüdən çıxarmağa başlayıb.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, indiyə qədər Səudiyyə Ərəbistanı və İrana uçan təyyarələrində alkoqolu içkini menyüyə daxil etməyən THY Pakistan, Misir, İraq, Küveyt, Somali, Seneqal və Nigeriyaya uçan təyyarələrində də içkini menyüdən çıxarıb.
Başqa sözlə, artıq Pakistanın Kəraçi və İslamabad, Misirin Qahirə və İsgəndəriyyə, İraqın Bağdad və Ərbil, Somalinin Moqodişi, Seneqalın Dakar, Küveytin Küveyt və Nigeriyanın Niamey şəhərlərinə təyyarə reyslərində spirtli içki sifariş etmək mümkün olmayacaq.
THY Azərbaycana uçan təyyarələrində içki qadağası tətbiq etməyib.