Fransanın “Total” şirkəti İranda neft-kimya kompleksi inşa edəcək. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İranın “Shana” energetika xəbərli üzrə informasiya agentliyi məlumat yayıb.
“İran Milli Neft-Kimya Şirkəti və Fransanın “Total” neft şirkəti Tehranda ölkədə neft-kimya kompleksinin inşa edilməsinə dair anlaşma memorandumu imzalayıblar”, - deyə məlumatda bildirilir.
Müəssisədə etan, kerosin, maye qaz və digər növ yanacaqların istehsal edilməsi nəzərdə tutulub. Neft-kimya kompleksinin Fars körfəzinin sahilində inşa etmək planlaşdırılır.
Müəssisədə istehsal olunacaq məhsulları daxili bazara və Yaxın Şərq ölkələrinə tədarük etmək nəzərdə tutulub.