​Rusiya yeni neft karteli yaratmaq istəyir
08 mart 2016 12:25 (UTC +04:00)

​Rusiya yeni neft karteli yaratmaq istəyir

Rusiya qlobal neft hasilatının 3/4-nü əhatə edən yeni neft kartteli yaratmağa hazırlaşır. Bu barədə xəbərdarlığı ABŞ-ın məşhur "Business İnsider" xəbər portalı yayıb.

Lent.az Report-a istinadən xəbər verir ki, Rusiya neft hasilatçısı olan ölkələr arasında hasilatı dondurmaq qərarından sonra nüfuzunu daha da artırıb. Hətta Rusiya, ABŞ-ın keçmiş müttəfiqi olan Səudiyyə Ərəbistanını da bir qədər öz tərəfinə çəkə bilib. Belə ki, Səudiyyə Ərəbistanının ABŞ-la münasibətləri, onun İranla münasibətlərinin yaxşılaşması fonunda gərginləşib.

"Business İnsider"in fikrincə, Suriya mövzusunda Rusiya ilə Səudiyyə Ərəbistanı fərqli yanaşma sərgiləsə də, neft qiymətlərinin kəskin azalmasının qarşısını almaqda hər iki ölkə ortaq fikirə sahibdir. Əslində, neft hasilatının yanvar ayı səviyyəsində dondurulması qərarı ciddi bir nəticə verməsə də, İran və İraqla razılaşma əldə olunacağı təqdirdə, Rusiya de-fakto dünyanın əsas neft hasilatçısı ölkələrinin liderinə çevriləcək və dünya neft hasilatının 73%-nə nəzarət edə biləcək. "Business İnsider" yeni bir kartelin yaranacağını və adının da ROPEC ola biləcəyini bildirib. Bundan başqa, sayt Rusiyanın neft hesablaşmalarını dollarla aparmaqdan imtina etdiyini və milli valyutalara keçmək istədiyini də qeyd edib.

"Business İnsider"in fikrincə, Rusiyanın başçılığı altında yeni kartel yaranarsa, bu, neft bazarında cari güc balansını dəyişəcək. Qeyd edək ki, saytın proqnozuna görə, mart ayında Moskva, Doha və ya Vyanada keçirilməsi gözlənilən neft hasilatçısı olan ölkələrin görüşündə hasilatın azaldılmasından başqa, daha mühüm razılaşmaların müzakirəsi və müsbət nəticələrin əldə olunması gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 141
avatar

Oxşar yazılar