“RİA Novosti” ləğv olundu - YENİLƏNİB
09 dekabr 2013 13:20 (UTC +04:00)

“RİA Novosti” ləğv olundu - YENİLƏNİB

Rusiya prezidenti Vladimir Putin “RİA Novosti” informasiya agentliyinin ləğv olunması haqqında sərəncam imzalayıb.


 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, prezidentin sərəncamına əsasən, “RİA Novosti” informasiya agentliyi ləğv olunaraq onun bazasında “Rossiya seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır.

 

Sərəncamda yeni yaradılacaq informasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaq olduğu yazılıb. “Rossiya seqodnya”nın baş direktoru Rusiya prezidenti tərəfindən vəzifəyə təyin olunacaq. Agentliyin binası hazırda “RİA Novosti”nin yerləşdiyi bina kompleksi olacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 933
avatar

Oxşar yazılar