“Qalatasaray-Fənərbağça” oyunu niyə təxirə salındı? –<span style="color:red;">Terror olacaqmış
21 mart 2016 11:43 (UTC +04:00)

“Qalatasaray-Fənərbağça” oyunu niyə təxirə salındı? –Terror olacaqmış

Dünən baş tutacaq “Qalatasaray-Fənərbağça” oyununun əvvəlcə azarkeşsiz keçirilməsinə, sonrasında isə təxirə salınmasına terror təşkilatı İŞİD-in terror təhdidi səbəbiylə qərar verildiyi ortaya çıxıb.

 

Lent.az-ın Türkiyə Kiv-ə istinadən məlumatına görə, Türkiyə Futbol Federasiyası tərəfindən irəli tarixə təxirə salınan oyunun sonunda İŞİDin qanlı terror planlaşdırdığı ortaya çıxıb. İŞİD-in Parisdə həyata keçirdiyi terror planlarından birinə bənzərini də Türkiyədə həyata keçirmək istədiyi məlum olub. Plana görə, əvvəlcə öz canlı bombalarını vətəndaşların arasına salaraq partlayış törədəcək, sonra isə silahlarla qarşısına çıxanı güllələyərək xaos yaratmaq fikrində idilər.

Deyilənə görə, İŞİD bu planını həyata keçirmək üçün İstanbula 3 “canlı bomba” göndərib.

Məlumatda deyilir ki, İstanbulla bağlı terror planını Ankarada 102 nəfərin həyatını itirdiyi terror aktını planlaşdıran İŞİD-in Qaziantep “əmir”i olan “Ebu Ali” kod adlı Yunus Durmazın hazırladığı üzə çıxıb. Ankarada törədilən terror aktı ilə əlaqədar axtarılan və haqqında qiyabi həbs qərarı verilən Y. Durmazın Suriyadan Türkiyəyə keçdiyi, İstanbulda olduğu müəyyənləşdirilib. Aparılan bütün axtarışlara rəğmən İstanbulda izinə rast gəlinməyən Y.Durmaz ilə birlikdə axtarılan digər iki İŞİd terrorçusu isə Hacı Ali Durmaz ve Savaş Yıldızdır. Bu gün hər 3 terrorçunun fotoşəkilləri bu gün mediaya da paylanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 163
avatar

Oxşar yazılar