“Maserati” 28 235  avtomobili geri çağırır
13 mart 2016 06:00 (UTC +04:00)

“Maserati” 28 235 avtomobili geri çağırır

İtaliyanın “Maserati” avtomobil istehsalı şirkəti Şimali Amerika bazarından “Quattroporte” və “Ghibli” markalı 28 235  avtomobili geri çağırıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, buna səbəb sürücünün ayaqları altında olan ayaqaltı xalının qaz pedalına sıxılması nəticəsində sürətin qəfil artırılması təhlükəsinin olmasıdır. Müvafiq rəy  ABŞ  Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi Milli İdarəsi (NHTSA) tərəfindən verilib.

 

“Sürətin nəzarətsiz və qəfil artması qəza, ciddi xəsarət və ölümə səbəb ola bilər”, - deyə rəydə qeyd olunur.    

 

Məlumata görə, 2013-cü ilin fevralın 1-dən 2015-ci ilin noyabrın 30-dək müddətdə istehsal olunmuş avtomobillərin geri çağırılma kampaniyasına aprelin 29-dan start veriləcək. Bütün işlər (ayaqaltı halının, yaxud, qaz pedalının dəyişdirilməsi) dilerlər tərəfindən ödənişsiz həyata keçiriləcək.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 164
avatar

Oxşar yazılar