“Kerri və Heyqel Amerikanın maraqlarına uyğun siyasət yürüdəcəklər”
02 fevral 2013 13:09 (UTC +04:00)

“Kerri və Heyqel Amerikanın maraqlarına uyğun siyasət yürüdəcəklər”

Heritage Fondunun Avrasiya regionu üzrə eksperti ABŞ hökumətindəki yeni təyinatların ABŞ-Azərbaycan münasibətlərinə necə təsir edə biləcəyini APA-ya şərh edib

 

 

Senatdakı sabiq həmkarları Çak Heyqelin yeni təyinatına qızğın şəkildə etiraz edən senatorların bir çoxu onun müdafiə naziri postuna təyin olunması ilə bağlı yekun qərar verməlidir. Cümə axşamı doqquz saata yaxın davam edən dinləmələr Con Kerrinin dövlət katibi postuna təyinatı ilə əlaqədar dinləmələrdən çox fərqli keçib.

 

Heritage Fondunun Avrasiya regionu üzrə eksperti Ariel Koen APA-nın Vaşinqton müxbirinə hər iki təyinatın ABŞ-Azərbaycan münasibətlərinə necə təsir edə biləcəyini şərh edib.

 

“Həm Kerri, həm də Heyqel çox güman ki, ABŞ-ın xarici və hərbi siyasətini özlərinin anladığı şəkildə Amerikanın maraqlarına uyğun formalaşdıracaq və  həyata keçirəcəklər. Əsas odur ki, onlar prezident Obamanın siyasətini həyata keçirmiş olacaqlar”, - deyə Koen bildirib: “Təbii ki, ictimai fəaliyyətdə keçirdikləri uzun illərdən sonra bu siyasətçilər  bu günə müəyyən “yüklə” gəliblər. Bu “yükün” bir hissəsi bəzi qruplar tərəfindən pozitiv, bəzi qruplar tərəfindən isə neqativ dəyərləndirilir. Dövlət katibi Kerrinin əvvəllər nümayiş etdirdiyi ermənipərəst mövqe, yaxud senator Heyqelin İsrail, İran, Türkiyə-İran münasibətlərinə dair mübahisə doğuran bəyanatlarını buna misal göstərmək olar.

 

Azərbaycan rəhbərliyi və diplomatlar mürəkkəb dilemma qarşısında qalacaqlar. Onlara İranın nüvə ambisiyalarının olduğu, ABŞ-ın təsirinin zəiflədiyi, hərbi büdcənin ixtisar edildiyi, Yaxın Şərqdə, Qafqaz bölgəsində və Avrasiya regionunda ciddi dəyişikliklərin baş verdiyi bir vəziyyətdə Kerri və müdafiə naziri postuna təyin olunacağı təqdirdə Heyqellə münasibətlər qurmaq lazım gələcək”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 521
avatar

Oxşar yazılar