İzmirin Terrorizmlə Mübarizə Polisi təxminən üç ay izlədiyi “əl-Qaidə” üzvü B.E ilə iranlı tanışı M.M.G-nı həbs edib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bir müddət əvvəl ölkədən xaricə gedən, Suriya və Əfqanıstan düşərgələrində təhsil aldıqdan sonra Türkiyəyə dönən B. E və M.M.G həyata keçirilən əməliyyat nəticəsində tutulublar.
B. E-nin mobil telefonunda insanları dəhşətə gətirən görüntülər aşkar edilib. Həmin görüntülərdə “əl-Qaidə” terror təşkilatının üzvlərinin Suriyada Bəşər Əsəd tərəfdarı olan əsgərləri edam etməsi və başlarının əzilməsi öz əksini tapıb.