“Cəmaəti İslami” qruplaşmasının lideri edam olundu
11 may 2016 07:47 (UTC +04:00)

“Cəmaəti İslami” qruplaşmasının lideri edam olundu

0

Banqladeşdə 1971 ildə hərbi cinayətlər törətmiş “Cəmaəti İslami” radikal dini qruplaşmanın 71 yaşlı lideri Moti ür-Rəhman Nizami barəsində məhkəmənin çıxardığı edam hökmü icra olunub. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Nizaminin rəhbərlik etdiyi qruplaşma 1971-ci ildə Banqladeşin müstəqil olmasına qarşı çıxış edib. O, alimlərin qətli daxil olmaqla,  dörd hərbi cinayətin törədilməsində ittiham olunub.       

 

Edam hökmü yerli vaxtla 00.00-da (Bakı vaxtı ilə 22.00-da) ölkənin mərkəzi həbsxanasında asılmaqla icra edilib.  

 

Banqladeşin müstəqilliyi uğrunda müharibə 1971-ci ildə Qərbi Pakistan (indiki Pakistan) və Şərqi Pakistan (indiki Banqladeş) arasında aparılıb. Nəticədə Şərqi Pakistan Banqladeş adı altında müstəqilliyini elan edib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 474

Oxşar yazılar