“Böyük Yeddiliyin” sammiti başlayır
26 may 2016 02:06 (UTC +04:00)

“Böyük Yeddiliyin” sammiti başlayır

0

Bu gün Yaponiyada “Böyük yeddilik” ölkələrinin (ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada və Yaponiya) sammiti öz işinə başlayır.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, zirvə toplantısı Miye prefekturasında yerləşən İse-Sima milli parkında, Sakit okean sahilində keçiriləcək.

 

Gündəmə iqtisadiyyat, ticarət, xarici siyasət, təhlükəsizlik, iqlim dəyişikliyi və enerji məsələləri daxildir. Sammit gücləndirilmiş təhlükəsizlik şəraitində keçiriləcək. Tədbirin mühafizəsi üçün 23 min polis səfərbər edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar