ABŞ-ın ATƏT yanındakı daimi nümayəndəsi Daniel Bayer Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında əldə olunan atəşkəsin davamlı olacağına ümid edir. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, o, bu barədə ATƏT Daimi Şurasının bu gün keçirilən xüsusi iclasında bildirib.
“Biz atəşkəsə nail olunması ilə bağlı xəbərləri gördük və ümid edirik ki, atəşkəs rejiminə əməl ediləcək və o, davamlı olacaq”.
Onun sözlərinə görə, ABŞ mülki şəxslər də daixl olmaqla onlarla insanın ölümünə səbəb olan irimiqyaslı toqquşmaları pisləyir: “Biz tərəfləri dərhal zorakılığı dayandırmağa və atəşkəs rejiminə əməl etməyə çağırırıq”, - deyə amerikalı diplomat əlavə edib.
O həmçinin vurğulayıb ki, yerlərdəki vəziyyət danışıqların ATƏT-in+Minsk+Qrupu">ATƏT-in Minsk Qrupu çərçivəsində başlanmasının zəruriliyini təsdiqləyir.