Avropa İttifaqı ilə Türkiyə arasındakı viza rejimi iyunun sonunadək ləğv ediləcək.
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Avropa İttifaqı-Türkiyə sammitinin yekunlarını şərh edərkən bildirib.
“İyunun sonunadək, Niderlandın sədrliyinin başa çatmasınadək, viza rejimi üzrə proses bitəcək”, deyə Ə.Davudoğlu vurğulayıb.
Həmçinin Ə.Davudoğlu bildirib ki, martın 18-də Brüsseldə qaçqın böhranı ilə bağlı birgə fəaliyyət planının qəbul edilməsi planlaşdırılır.
Bununla belə Fransa prezidenti Fransua Olland bildirib ki, qərarın qəbul olunması Türkiyənin Avropa İttifaqı tərəfindən irəli sürdüyü 72 öhdəliyin yerinə yetirilməsindən asılıdır.