Avropa Birliyiinin ali komissarı Ketrin Eşton Ukrayna hakimiyyətinin dinc mitinqçilərə qarşı güc tətbiqindən kədərləndiyini bildirərək, rəsmi Kiyevi danışıqlara çağırıb.
Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, AB-nin Ukraynadakı təmsilçiliyindən o, milis və xüsusi təyinatlıların gecə etiraz aksiyaçılarına qarşı basqınla bağlı bəyanat yayıb: «Mən hələ Kiyevdəyəm. Dünən axşam Maydanda sizinlə birlikdə idim.Ölkənin perspektivini Avropa görən ukraynalıların davranışı məni heyran etdi. Maydanda gördüyüm həmin mənzərədən bir neçə saat sonra Kiyevin mərkəzində milisin güc tətbiqini isə indi mən kədərlə izləyirəm. Hakimiyyət gecənin qaranlığında güc tətbiqindənsə, milisin yaradımı ilə cəmiyyətlə danışmalı idi. Siyasi qüvvələr, ictimaiyyətlə danışıq həmişə yaxşı olub, nəinki güc tətbiq».