8 yaşında qatil olmuş məhbusu edam gözləyir
06 iyul 2013 05:16 (UTC +04:00)

8 yaşında qatil olmuş məhbusu edam gözləyir

İranda 8 yaşında qətl törətmiş məhbus gələn həftə edam ediləcək.

 

Lent.az-ın İranda çıxan «Şərq» qəzetinə istinadən məlumatına görə, barəsində edam cəzası çıxarılmış məhbus on ildir həbsxanada saxlanılır.



İran İslam Cəza Qanunlarına görə, azyaşlı qətl törətdiyi halda, onun ölüm hökmünün icrası yalnız 18 yaşından sonra icra edilir.



Ad və soyadı açıqlanmayan məhbus artıq 18 yaşındadır və bu baxımdan ölüm hökmü icraya yönəldilib. Məhbusu bağışlamaq üçün onun qətlə yetirdiyi şəxsin valideynləri 500 milyon tümən, yaxud 150 min dollar (bir ABŞ dolları  təxminən 3450 tüməndir) qan pulu istəyir.



Bu pulu toplamaq üçün iyulun 5-də axşam saatlarında Tehran şəhərinin Ərəsbaran mədəniyyət salonunda «Mavi ölümün hissi» adlı tamaşa səhnəyə qoyulacaq.

 

 

# 1284
avatar

Oxşar yazılar