Azərbaycan vətəndaşı Tahir Cəfərov Rusiyada 10 il azadlıqdan məhrum edilib.
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb Tahir Cəfərovun 2011-ci ilin fevralında İrkutsk vilayətinin Anqarsk şəhərində 300 qram heroinlə yaxalanması olub.
Tahir Cəfərov həmin vaxt bildirib ki, heroin olan paketi onun üzərinə polis işçiləri qoyub. O, daha sonra isə ifadəsini dəyişib. Tahir Cəfərov deyib ki, heroini bir nəfərə çatdırmaq xahiş olunub, əvəzində 10 min rubl vəd edilib. Məhkəmə isə Tahir Cəfərovun əvvəllər də narkotika satışına görə məhkum edildiyini nəzərə alaraq, onu 10 il azadlıqdan məhrum edib.
O, cəzasını sərt rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.