Londonda yerləşən Suriyalıların İnsan haqları müşahidəçiləri ötən gün ölkədə baş verənlərlə bağlı məlumat yayıb.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, Bəşşar Əsəd ordusu ilə müxalifət arasında gedən silahlı qarşıdurma zamanı dinc məhəllələrdən birində 92 nəfər həlak olub.
BMT-nin qaçqınların işi üzrə şuranın məlumatında isə bildirilib ki, hər gün bu ölkəni orta hesabla 5 min insan tərk edir.
Qurumun məlumatına əsasən, 2011-ci ilin martından etibarən Suriyada 61 mindən çox insan həlak olub.
Qətərin «əl-Cəzirə» telekanalı isə Suriyadan gedən qaçqınların sayının 1,5 milyon olduğunu bildirib.
Tutulanlar arasında Azərbaycan, Özbəkistan, Tacikistan, Misir, Əfqanıstan vətəndaşları, eləcə də Şimal Qafqaz bölgələrindən olan rusiyalılar var.