110 yaşlı müharibə veteranı dünyasını dəyişdi
07 may 2016 06:49 (UTC +04:00)

110 yaşlı müharibə veteranı dünyasını dəyişdi

0

Amerkanının Luiziana ştatında İkinci Dünya Müharibəsi iştirakçısı Frenk Levinqston 110 yaşında vəfat edib. 

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, bir çox jurnalistlər onu ən yaşlı  müharibə veteranı adlandırıblar. Lakin buna rəsmi olaraq sübut yoxdur. Yaşlı amerikalı İtaliya və Şimali Afrika əməliyyatlarında iştirak edib. Frenk Levinqston 13 noyabr 1905-ci ildə doğulub.

 

 

O, şimali Luizianada böyüyüb, boya-başa çatıb. Amerikalı hərbi xidmətə 1942-ci ilin oktiyabrında başlayıb. 1943-cü ildə  Levinqston müxtəlif xarici hərbi əməliyyatlarda iştirak edib. 1945-ci ildə hərbçi şərəflə ehtiyata yollanıb və ondan sonra sement biznesi ilə məşğul olub. Onun arvadı və uşaqları heç vaxt olmayıb.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 467

Oxşar yazılar