103 yaşlı kişi tatuirovka etdirib “rekordlar kitabı”na düşəcək
19 mart 2016 06:57 (UTC +04:00)

103 yaşlı kişi tatuirovka etdirib “rekordlar kitabı”na düşəcək

103 yaşlı britaniyalı dünyanın ən yaşlı tatuirovkalı sakini olmağa söz verib.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, Cek Reynolds adlı kişi “Good Morning Britain” adlı televiziya şousunda viski içərək deyib ki, tatuirovka vurdurmağa hazırlaşır. Britaniyalı bununla da dünyanın tatuirovka vurduran ən yaşlı sakini kimi “Ginnesin rekordlar kitabı”na düşməyə hazırlaşır.

 

Verilişin aparıcısı C.Reynoldsa “cəmiyyətin sizi dəli kimi qəbul edəcəyindən çəkinmirsiz” soruşub. O da cavabında onsuz da çoxdan bəri ağlının özündə olmadığını deyib. Verilişin əməkdaşları isə bildirib ki, yaşlı kişinin necə tatuirovka vurdurmasını, “Ginnesin rekordlar kitabı”na necə düşəcəyini izləyəcəklər. Buna qədər də yaşlı insanların dəfələrlə həmin kitaba düşməsi halları qeydə alınıb. Onlar ən qəribə, ağlasığmaz cəhdlər edərək, buna nail olublar.

 

Belə ki, 2015-ci ilin noyabrında Çində 18 min təqaüdçü eyni formalı, qırmızı rəngli kostyum geyinərək, “Little Aplle” mahnısının sədaları altında addımlamaqla kitaba düşüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 200
avatar

Oxşar yazılar